Bakıda oğurluğa cəhd edən şəxslər yaxalanıb

Bakıda oğurluğa cəhd edən şəxslər yaxalanıb
# 02 dekabr 2016 08:44 (UTC +04:00)

Bakıda oğurluqda şübhəli bilinən şəxslər yaxalanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 1-də saat 01:35 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindəki apteklərdən birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sabirabad rayon sakini Nemət Abdullayev saxlanılaraq 15-ci PB-yə təhvil verilib.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yaşıllaşdırma zolağının işııqlandırılmasını təmin edən elektrik naqilinin 35 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Akif Həsənov tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR