SOCAR-ın uzunmüddətli öhdəlikləri 25% artıb

SOCAR-ın uzunmüddətli öhdəlikləri 25% artıb
# 02 iyul 2015 12:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ilin yanvar ayının 1-ə məcmu öhdəliklərinin həcmi 13,010 mlrd. manat təşkil edir.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Ernst&Young" audit şirkəti tərəfindən aparılan SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatına deyilir.

Hesabata əsasən, SOCAR-ın öhdəlikləri il ərzində 1,5% artıb.

Şirkətin cari öhdəlikləri 6,891 mlrd. manatdır ki, bu da daha əvvəlki illə müqayisə 12,9% azdır.

Cari öhdəliklərin tərkibində ticarət və sair kreditor borclarının payı 4,181 mlrd. manat, qısa müddətli borc öhdəlikləri və uzunmüddətli borc öhdəliklərinin cari hissəsinin payı 2,212 mlrd. manat, vergilər üzrə kredit borcunun payı 334 mln. manat təşkil edir.

Şirkətin uzunmüddətli öhdəlikləri 6,119 mlrd. manat təşkil edib. Bu isə 2013-cü illə müqayisədə 24,7% çoxdur. Bunlardan uzunmüddətli borc öhdəliklərinin payı 3,585 mlrd. manat, aktivlərin ləğv olunması üzrə öhdəliklərin payı 440 mln. manat, öhdəliklər və məsrəflərin sair ehtiyatların payı 153 mln. manat, təxirə salınmış gəlirlərin payı 77 mln. manat, təxirə salınmış vergi öhdəliyinin payı 580 mln. manat, səhmlərin satılması üçün alınmış avansların payı 625 mln. manat, sair uzunmüddətli maliyyə öhdəliklərinin payı 216 mln. manat və sair uzunmüddətli öhdəliklərin payı 443 mln. manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR