Son 1 ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,5% artıb

Son 1 ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,5% artıb
# 14 avqust 2015 14:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9368,5 mln. manat vəsait yönəldilib, onun 74,7%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,5%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 11,6% artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 6259,6 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 3108,9 mln. manat vəsait yönəldilib, ümumi sərmayənin 28,4%-i dövlət, 71,6%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 58,6%-ni təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 6773,6 mln. manat, bank kreditləri 443,3 mln. manat, büdcə vəsaitləri 1662,9 mln. manat, büdcədənkənar fondların vəsaitləri 153,8 mln. manat, əhalinin şəxsi vəsaitləri 273,2 mln. manat, sair vəsaitlər 61,7 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR