Qaxda piyadanı maşın vurub

Qaxda piyadanı maşın vurub
# 27 noyabr 2019 22:21 (UTC +04:00)

Qaxda axşam saatlarında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev pospektində qeydə alınıb.

Yolu keçmək istəyən avtomobil tərəfindən vurulan piyadanın rayon sakini, 1982-ci il təvəllüdlü Elnur Nəsib oğlu Babayev olduğu bildirilir.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Babayev Qax Rayon Mərkəzi

Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirlib.

E.Babayevə başın kəsilmiş yarası və sağ ayağın sınığı dioqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR