Müşfiqə məxsus olduğu bildirilən qalıqların müayinəsi davam edir

Müşfiqə məxsus olduğu bildirilən qalıqların müayinəsi davam edir
# 28 fevral 2019 13:27 (UTC +04:00)

Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqların genetik müayinələri davam etdirilir.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov məlumat verib. Ə. Həsənov bildirib ki, sümük qalıqları üzərində müayinələrin aparılması başa çatdıqdan sonra nəticələr M. Müşfiqin qohumlarından götürülmüş müayinələrin nəticələri ilə müqayisə ediləcək və yekun nəticəyə gəlinəcək.

Baş direktor genetik müayinələrin konkret nə vaxt başa çatacağı ilə bağlı fikir bildirməyib.

Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb edib. Prezident İlham Əliyev məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçirilir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR