Rusiya Britaniyadan səfirlik və baş konsulluqlardakı işçilərin sayını azaltmağı tələb edib

Rusiya Britaniyadan səfirlik və baş konsulluqlardakı işçilərin sayını azaltmağı tələb edib
# 30 mart 2018 14:58 (UTC +04:00)

Rəsmi Moskva Böyük Britaniyadan Rusiyadakı səfirlik və baş konsulluqlarda çalışan işçilərin sayının azaldılmasını tələb edib.

APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, bu tələb Böyük Britaniyanın bu gün Rusiya XİN-ə çağırılmış səfiri Lori Bristouya çatdırılıb.

Bunun üçün Britaniya hökumətinə 1 ay vaxt verilib. Tələb olunur ki, Britaniya hökuməti Moskvadakı səfirlik və Rusiyadakı digər konsulluqlarda işçilərinin sayını Rusiyanın Böyük Britaniyada yerləşən diplomatlarının və uzunmüddətli ezamiyyətdə olan inzibati-texniki işçilərinin sayına uyğunlaşdırsın. Həmçinin Britaniya hökumətinin rusiyalı diplomatların bir sıra ölkədəki diplomatlarının çıxarılmasına gətirib çıxaran hərəkətinə qəti etiraz bildirilib. Qeyd olunub ki, Rusiya həqiqətin üzə çıxması və Skripalın zəhərlənməsində əli olan insanların aşkarlanması istiqamətində əməkdaşlığa hazırdır.

Qeyd edək ki, martın 4-də Rusiya Baş Təhqiqat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyada Solsberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR