ABŞ və Fransa prezidentləri arasında telefon danışığı olub

ABŞ və Fransa prezidentləri arasında telefon danışığı olub
# 05 avqust 2017 00:43 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, tərəflər Suriya və İraq böhranı, eləcə də Ukraynada vəziyyətin nizamlanması daxil olmaqla, beynəlxalq gündəlikdə yer alan məsələləri müzakirə ediblər.

Tramp və Makron Ukraynada münaqişənin sülh yolu ilə həlli üçün Minsk razılaşmalarının yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. ABŞ və Fransa liderləri razılaşıblar ki, Venesuela prezidenti Nikolas Maduro ölkə vətəndaşlarının hüquqlarını bərpa etməlidir.

Ağ Evin açıqlamasında həmçinin bildirilir ki, prezidentlər söhbət zamanı Şimali Koreya ətrafında vəziyyətə və Liviyada siyasi böhranın nizamlanması məsələsinə toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR