Cibuti vətəndaşlarının Azərbaycanda təhsil alması üçün təqaüd proqramı müzakirə edilib

Cibuti vətəndaşlarının Azərbaycanda təhsil alması üçün təqaüd proqramı müzakirə edilib
# 24 fevral 2017 11:05 (UTC +04:00)

“Azərbaycanla Cibuti arasında münasibətlər uzun müddətdir inkişaf edir”.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuflə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanla bağlı BMT qətnamələrinin qəbulu zamanı Cibuti tərəfi böyük səy göstərib: “Bu yaxınlarda Cibuti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib. Cibutinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz qalır. Azərbaycanla Cibuti arasında münasibətlər inkişaf edir. Biz diqqətimizi həm də iqtisadi-humanitar məsələlərə yönəltməliyik. Bu gün “Silk Way”lə saziş imzalanacaq. Bu yolla yüklər daşınacaq. Biz həmçinin Cibuti vətəndaşlarının Azərbaycanda təhsil alması üçün təqaüd proqramını müzakirə etmişik. ADA Universitetində belə bir imkan həyata keçirilir. Afrikada quraqlıq nəticəsində insan və təbiət tələf olur, Cibuti də bundan əziyyət çəkir. Bu sahədə də dəstək və əməkdaşlığı müzakirə etmişik”.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Afrikanın 12 ölkəsində fəaliyyət göstərir: “Cibuti tərəfindən qaldırılan məsələni nəzərdən keçirib, bu sahədə digər layihələrin həyata keçirilməsi imkanını da müzakirə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR