Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin sayı açıqlanıb
# 27 mart 2018 08:37 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin kollektivi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib.

Qeyd edək ki, ən çox sıxlıq Bakı-Tbilisi, Bakı-Qazax, Bakı-Böyük Kəsik və Bakı-Balakən sərnişin qatarlarında müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR