Ağcabədi və Mingəçevir sakinləri bədbəxt hadisə nəticəsində ölüb

Ağcabədi və Mingəçevir sakinləri bədbəxt hadisə nəticəsində ölüb
# 30 dekabr 2016 09:09 (UTC +04:00)

Azərbaycanda bir gündə iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da Mingəçevir şəhəri ərazisində yaşayan Rövşən Alqayıtov ehtiyatsızlıqdan evinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Alqayıtov orada ölüb.

Dekabrın 29-da Ağcabədi rayon sakini Yaşar Hüseynov Mingəçevir şəhəri ərazisində binalardan (5 mərtəbəli yaşayış binası) birinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Y.Hüseynov orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR