İqtisadiyyat naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək
# 26 iyul 2018 12:31 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 12:30-dan etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında (ünvan: Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR