Ağstafada əl qumbaraları tapılıb

Ağstafada əl qumbaraları tapılıb
# 14 oktyabr 2017 13:46 (UTC +04:00)

Ağstafada əl qumbaraları tapılıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Ağstafa rayonu, Göycəli kəndi ərazisində əl qumbarasının olması barədə məlumatlar daxil olub.


Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Mütəxəssislər tərəfindən həmin ərazidə çay sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR