Balotelli “Qalatasaray”a keçə bilər

Balotelli “Qalatasaray”a keçə bilər
# 23 noyabr 2019 14:35 (UTC +04:00)

İtaliyanın “Breşiya” klubu futbolçusu Mario Balotelli ilə yollarını ayırmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, baş məşqçi ilə arasında narazılıq yaranan hücumçunun artıq qışda göndəriləcəyi gözlənilir.

İndidən futbolçunu heyətində görmək istəyən klubların olduğu da bildirilir. M.Balotellini heyətinə qatmağa əsas namizəd isə Türkiyə çempionu “Qalatasaray” hesab olunur. İstanbullular forvarda ciddi maraq göstərirlər.

Məşq zamanı tənbəllik edən 29 yaşlı forvardın hərəkətləri Fabio Qrossonun xoşuna gəlməyib. Klubun prezidenti Massimo Çellino ilə M.Balotelli arasında söhbət isə durumu daha da ağırlaşdırıb.

Qeyd edək ki, cari mövsümdə A seriyasında 7 oyun keçirən hücumçu 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR