Türkiyə NATO təlimlərindəki insidentin hərtərəfli araşdırılmasını gözləyir

Türkiyə NATO təlimlərindəki insidentin hərtərəfli araşdırılmasını gözləyir
# 28 noyabr 2017 21:49 (UTC +04:00)

Ankara NATO-dan Norveçdəki təlimlər zamanı baş vermiş insidentin hərtərəfli araşdırılmasını gözləyir. APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.

“Həmçinin Alyans əməkdaşlarının bir qisminin NATO-nu öz məqsədləri üçün istifadə etmək cəhdlərinin qarşısının alınmasının vacibliyi qeyd olunub. Ankara Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə, Türkiyə xalqına və ölkə prezidenti Rəcəb Tayip Ərdoğana düşmən yanaşmaya görə baş verən insidentlə bağlı hadisələrin inkişafını diqqətlə izləyəcək”, - deyə bəyanatda deyilir.

“NATO təlimlərindəki insident Alyansın təməlini təşkil edən həmrəylik prinsiplərinə xələl gətirə bilər”, - deyə bəyanatda qeyd edilir.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.

Lakin Türkiyə prezidenti NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.

Bundan sonra NATO-nun baş katibi təlimlərdəki insidentə görə bir daha Ərdoğandan üzr istəyib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR