Penitensiar Xidmətin Mühafizə Alayında AXC-nin 100 illiyinə həsr olunan film nümayiş olunub

Penitensiar Xidmətin Mühafizə Alayında AXC-nin 100 illiyinə həsr olunan film nümayiş olunub
# 23 may 2018 15:24 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında Mədəniyyət və Turizm Nazirliyi və Penitensiar xidmətin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar “Parisdən məktublar” adlı film nümayiş olunub.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşlarının, filmin yaradıcı heyətinin iştirak etdikləri tədbirin təşkilində əsas məqsəd Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq onları Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etməkdir.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətindən bəhs edən “Parisdən məktublar” qısametrajlı sənədli filmdə onun həyatının bütün mühüm məqamları, çar Rusiyası dövründəki ictimai-siyasi fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında apardığı mübarizə öz əksini tapıb.

“Salnamə” studiyası tərəfindən çəkilmiş filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi isə İntiqam Qasımzadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR