Xaçmazda kafe yanıb

Xaçmazda kafe yanıb
# 25 mart 2018 08:01 (UTC +04:00)

Xaçmaz rayonu, Müqtədir qəsəbəsində ümumi sahəsi 62 m2 olan kafenin içərisinin taxta üzlüyü və orada olan əşyalar yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR