ABŞ-da polis 6 nəfərə bıçaq xəsarətləri yetirən şəxsi güllələyib

ABŞ-da polis  6 nəfərə bıçaq xəsarətləri yetirən şəxsi güllələyib
# 09 avqust 2015 03:25 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Lonq Biç şəhərində (Los Anceles dairəsi) polis əməkdaşları gecə saatlarında sanatoriyada müalicə alan 6 nəfərə bıçaq xəsarətləri yetirən şəxsi güllələyiblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə KTLA telekanalı məlumat yayıb.

Xəsarət alanlar arasında 3 qadının olduğu bildirilir.

Hadisə yerinə çağırılan polis patrulu bıçaqla silahlanmış şəxsi məhv edib.

Xəsarət alanlardan 5-i xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR