Ağdam sakinini ilan sancıb

Ağdam sakinini ilan sancıb
# 07 avqust 2017 08:40 (UTC +04:00)

Ağdam sakinini ilan sancıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəhimov Rəşad Allahverdi oğlu sahədə ot bağlayarkən ilan onu ayağından sancıb. Yaxınları R.Rəhimovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Ona ilkin tibbi yardım göstərilib, zərdab vurularaq reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR