SOCAR və BOTAŞ ortaq şirkət qurur

SOCAR və BOTAŞ ortaq şirkət qurur
# 01 may 2018 08:30 (UTC +04:00)

Bu ildən Azərbaycan təbii qazının Türkiyəyə və oradan Avropaya nəql edəcək Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi çərçivəsində idarə etmək üçün SOCAR və Türkiyənin BOTAŞ ortaq şirkət quracaq.

APA-Economics”in “Habertürk”ə istinadən verdiyi xəbərə görə, ortaq şirkətdə tərəflərin hər biri 50% paya sahib olacaq.

Məlumata görə, TANAP layihəsini idarə edəcək bu birgə şirkət boru kəmərinin təhlükəsizliyinə də cavabdeh olacaq. Mənbə qurulacaq bu şirkətdə üçüncü payçının olacağını düşünmürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR