Yaponiyada zəlzələ olub

Yaponiyada zəlzələ olub
# 16 oktyabr 2016 10:49 (UTC +04:00)

Bakı-APA. Bu gün Yaponiyanın Xonsyu adasından şimal-şərqdə 5,3 maqntudalı zəlzələ olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 16.41 radələrində (Bakı vaxtı ilə saat 11.41) baş verən zəlzələnin ocağı Sakit okeanda 20 km dərinlikdə yerləşib.

Zəlzələ Yaponiyanın 11 əyalətində 4 bal gücündə hiss edilib. Sunami təhlükəsi yoxdur. Regiondakı atom elektrik stansiyalarının işində hər hansı problem yaranmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR