Əfqanıstan prezidenti: "Azərbaycan hərbçiləri mübarizdirlər, şərəflə xidmət edirlər"

Əfqanıstan prezidenti: "Azərbaycan hərbçiləri mübarizdirlər, şərəflə xidmət edirlər"
# 01 dekabr 2017 15:41 (UTC +04:00)

"Biz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcəyik".

APA-nın məlumatına görə, bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O, Əfqanıstanın Azərbaycana hər zaman dəstək verməyə hazır olduğunu bildirib: "Biz Azərbaycana dəstək verməyə hər zaman hazırıq. Hərbi qulluqçularınızın sayının artırılması ilə əlaqədar bu yaxınlarda Brüsseldə bəyan etdiyiniz qərarı çox yüksək qiymətləndiririk. Hərbçiləriniz mübarizdirlər, şərəflə xidmət edirlər. Bu, bizim üçün böyük şərəfdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR