Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var

Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var
# 27 iyul 2018 19:58 (UTC +04:00)

Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Bundan əvvəl 1 nəfərin öldüyü, 85 nəfərin yaralandığı bildirilirdi. Yaralılardan 5-in vəziyyəti ağırdır.

Qeyd edək ki, bu ilin martında fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR