Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb

Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb
# 14 oktyabr 2016 10:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Adana şəhərində keçirilən təqdimat mərasimində həmyerlimiz "Tiyatro için Emek Ödülü" mükafatına layiq görülüb. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov bu mükafatı Adana Teatrının inkişafındakı xidmətlərinə görə alıb.

Mükafatın “Halk Jürisi”nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir, Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR