Britaniya Brexit ilə əlaqədar Aİ-yə 39 milyard funt ödəməyə bilər

Britaniya Brexit ilə əlaqədar Aİ-yə 39 milyard funt ödəməyə bilər
# 22 iyul 2018 13:09 (UTC +04:00)

Əgər Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə yeni ticarət sazişi imzalamaqdan imtina edərsə, London Brexit ilə əlaqədar Avropa İttifaqına 39 milyard funt ödəməyəcək.

APA-nın "The Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Dominik Raab bəyan edib.

D. Raab deyib ki, tərəflərdən biri sənəd üzrə razılaşdırılmış öhdəliyi qəbul edirsə, ancaq digər tərəf qəbul etmirsə, bu situasiya qəbuledilməzdir: "Əgər Avropa İttifaqı Böyük Britaniya ilə ticarət sazişi razılaşdırmağı bacarmırsa, biz Brexit-ə görə 39 milyard funt ödəməkdən imtina edəcəyik.

Qeyd edək ki, 30 mart 2019-cu il Böyük Britaniya rəsmən Aİ-dən çıxacağı tarix olacaq. Böyük Britaniyanın Avropa İttifaqından çıxması və gələcək münasibətlərin formatı bu ilin oktyabrında müəyyənləşməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR