Hande Harmancı: "Azərbaycanda əhali arasında artıq çəki və piylənmə artır"

Hande Harmancı: "Azərbaycanda əhali arasında artıq çəki və piylənmə artır"
# 19 dekabr 2019 15:59 (UTC +04:00)

"Azərbaycanda yoluxucu olmayan qeyri-infeksion xəstəliklərə çox sıx təsadüf edilir".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyası" mövzusunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, qeyr-infeksion xəstəliklərindən ölüm halları çoxdur: "Qeyri-infeksion xəstəliklər insult, infarkt, ürək qan-damar xəstəliklərinə səbəb olur". H.Harmancı Azərbaycanda bu sahədə məlumatların araşdırılmasının müsbət addım olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda əhalinin yetərincə meyvə-tərəvəz yemədiyi bəlli olub: "Qidalanma çox əhəmiyyətlidir. Əhali arasında, xüsusilə uşaqlarda artıq çəki və piylənmə artır. ÜST bu sahədə Səhiyyə Nazirliyinə köməklik göstərməyə hazırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR