"Meqa Sığorta"nın cəmi kapitalı 9%-dən çox azalıb

"Meqa Sığorta"nın cəmi kapitalı 9%-dən çox azalıb
# 27 mart 2018 15:24 (UTC +04:00)

"Meqa Sığorta" ASC ötən il aktivlərini azaldıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "Meqa Sığorta"nın cəmi aktivləri 2016-cı il ilə müqayisədə 12,59% azalaraq 35 mln. 520 min 980,09 manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 12 mln. 585 min 30 manat, qısamüddətli aktivləri 22 mln. 935,949 min manat təşkil edib.

İl ərzində şirkətin cəmi öhdəlikləri 19,96% azalaraq 9 mln. 849,692 min manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 9 mln. 474,048 min manat, qısamüddətli öhdəlikləri isə 375,644 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq artaraq 14 mln. 500 min manat, cəmi kapitalı isə 9,4% azalaraq 25 mln. 671 min 287,53 manat təşkil edib.

2017-ci ildə "Meqa Sığorta"nın cəmi gəlirləri 20 mln. 107 min 858,42 manat, cəmi xərcləri 13 mln. 896 min 759,37 manat olub.


Şirkət ötən ili 6 mln. 211 min 099,05 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR