Azərbaycan prezidenti: “Ermənistan işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır”

Azərbaycan prezidenti: “Ermənistan işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır”
# 11 sentyabr 2015 16:12 (UTC +04:00)

Bakı – APA. “BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində çıxışı zaman deyib.

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu deyən dövlət başçısı qeyd edib ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb və yaradıb. “Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə, əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq”.

Regional təhlükəsizlik məsələlərinin böyük əhəmiyyət daşıdığını deyən İ. Əliyev qəbul edilən Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlərin yer aldığını diqqətə çatdırıb. O qeyd edib ki, bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır.

“Azərbaycan xalqına qarşı ədalətsizliklər olub və XX əsrin sonlarında da ədalətsizliklər olub. Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır. Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb”, - deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR