“Neft Daşları” yatağı üçün yeni platforma tikilib

“Neft Daşları” yatağı üçün yeni platforma tikilib
# 16 yanvar 2017 11:53 (UTC +04:00)

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi ilə “Neft Daşları” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 620A saylı stasionar dəniz platformasının tikintisini uğurla başa çatdırıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2 520 kvadratmetr, çəkisi isə 2 398 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. 7 dayaq bloku, 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançalarından ibarət platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib, işçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıqlar quraşdırılıb.

Qeyd edək ki, dənizin 27 metr dərinliyində yerləşən platformadan sutkada 105 ton neft və 160 000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR