Azərbaycan prezidenti Kuba Dövlət Şurasının sədrinə başsağlığı verib

Azərbaycan prezidenti Kuba Dövlət Şurasının sədrinə başsağlığı verib
# 19 may 2018 09:15 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR