İstanbulda QDİƏT sammiti keçiriləcək

İstanbulda QDİƏT sammiti keçiriləcək
# 16 yanvar 2017 11:10 (UTC +04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 6-cı sammiti bu ilin yayında İstanbulda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə təşkilatda sədrlik müddəti bitən Serbiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

“Hazırda davam etdirilən təşkilatdaxili islahatlar qurumun effektivliyini artırmaq üçün gördüyümüz səylərin əsas sütununu təşkil edir. Biz bu mühüm prosesi 2017-ci ilin iyununadək yekunlaşdırmağa ümid bəsləyirik. Məhz həmin vaxt təşkilatın 25 illiyini qeyd etmək üçün QDİƏT-in 6-cı İstanbul sammiti keçiriləcək”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, yanvarın 1-dən iyunun 30-dək təşkilata sədrliyi Türkiyə həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR