I Avropa Oyunlarının atributları “eBay” internet-auksionunda satışa çıxarılıb

I Avropa Oyunlarının atributları “eBay” internet-auksionunda satışa çıxarılıb
# 13 avqust 2015 11:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanda bu ilin iyun ayında keçirilən “Bakı-2015” I Avropa Oyunlarının atributları “eBay” internet-auksionunda satışa çıxarılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, auksionda oyunda iştirak edən hər bir idmançıya təqdim edilən xatirə medalı 139 dollara satışa çıxarılıb. Polşadan olan istifadəçi diametri 66 mm, çəkisi 146 qram olan medalın orijinal model olduğunu bildirib.

Bununla yanaşı, “eBay”də açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan bilet cütləri (13 dollara), alov daşıyanların nişanları və digər atributlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR