İranda məhkəmə milyarder barəsində edam hökmünü ləğv edib

İranda məhkəmə milyarder barəsində edam hökmünü ləğv edib
# 26 noyabr 2016 09:56 (UTC +04:00)

İran Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində edam hökmünü ləğv edib.

APA-nın məlumatına görə, bu barədə İSNA agentliyi xəbər yayıb.

B. Zəncani neft satışı ilə bağlı korrupsiya fəaliyyətinə görə həbs edilib. Bu ilin martında məhkəmə onun barəsində ölüm hökmü çıxarıb. Sonra onun vəkili qərarla bağlı Ali Məhkəməyə etiraz edib.

Xatırladaq ki, 2012-ci ildə Tehrana qarşı sanksiyaları pozduğu üçün B. Zəncaninin adı da sanksiya siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR