Bakının 100 məktəbində “Milli Qəhrəmanlar” guşəsi yaradılacaq

Bakının 100 məktəbində “Milli Qəhrəmanlar” guşəsi yaradılacaq
# 15 noyabr 2016 10:36 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Bakının 100 məktəbində “Milli Qəhrəmanlar” guşəsi yaradılacaq. Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, məqsəd milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş Vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaqdır.

Layihəyə ilk olaraq Bakı şəhərindəki 100 nömrəli tam orta məktəbdə start verilib. Məktəblilərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin çağırışaqədərki hazırlığının yüksəldilməsi məqsədilə təşkil edilmiş “Milli Qəhrəmanlar” guşəsinin açılış mərasimində Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Zabit Quliyev, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanov çıxış edərək döyüş yollarından bəhs edib, gənclərə tövsiyələrini veriblər.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən məktəbin pedaqoji kollektivi və şagirdləri Fəxri fərmanlar, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanov isə “General Əliağa Şıxlınski” yubiley medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR