Nazirlik: Ötən ay elektron mobil nömrə daşınması xidmətindən 132 min dəfə istifadə olunub

Nazirlik: Ötən ay elektron mobil nömrə daşınması xidmətindən 132 min dəfə istifadə olunub
# 05 oktyabr 2015 08:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ötən ay Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir elektron xidmətindən istifadə sayı avqust ilə müqayisədə 1,6 dəfədən çox artıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Məlumat Hesablama Mərkəzi “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” elektron xidmətinin növbəti istifadə statistikasını açıqlayıb.

Statistikaya görə, sentyabrda adıçəkilən xidmətə 131 637 dəfə müraciət olunub.

“Elektron hökumət” portalında istifadədə olan bu e-xidmət vasitəsi ilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmət abunəçiyə etdiyi zəngin dəyərini hesablamaq imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR