Son illər I sinfə qəbul olunan şagirdlərin sayında artım müşahidə olunur

Son illər I sinfə qəbul olunan şagirdlərin sayında artım müşahidə olunur
# 28 dekabr 2015 14:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-2016-cı dərs ilində ümumi təhsil müəssisələrinin I sinfinə qəbul olan şagirdlərin sayı 157 000-ə yüksəlib. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin 2015-ci təqvim ilinin təhsil xronikasında qeyd olunub.

Bildirilib ölkədə müsbət demoqrafik vəziyyət nəticəsində son illərdə I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə edilir: “Belə ki, 2013-cü ildə I sinif şagirdlərinin sayı 138 000, 2014-cü ildə isə 152 000 nəfər olub. 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 359 173 şagird təhsil alır”.

Qeyd olunub ki, 2015-2016-cı dərs ilində məktəblərdə tədris prosesi iyunun 14-dək davam edəcək: “Nəticədə 5 günlük tədris həftəsi ilə çalışan məktəblərdə dərs günlərinin sayı 172-ə, 6 günlük tədris həftəsi tətbiq edilən məktəblərdə isə 209 günə çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR