Marietta Zaxariyeva: "Azərbaycan Bolqarıstanda istehsal olunan ərzaq məhsullarına marağı artırıb"

Marietta Zaxariyeva: "Azərbaycan Bolqarıstanda istehsal olunan ərzaq məhsullarına marağı artırıb"
# 31 oktyabr 2015 08:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Son aylar ərzində Azərbaycan Bolqarıstanda istehsal olunan ərzaq məhsullarına və şərablarına marağı artırıb.

"APA-Econiomics" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin kiçik və orta sahibkarlığın inkişafı üzrə icraçı agentliyin rəhbəri Marietta Zaxariyeva deyib.

"Son aylar ərzində Türkiyə, Çin, Qazaxıstan, Azərbaycan kimi ölkələr Bolqarıstanda istehsal olunan ərzaq məhsullarına və şərablara marağı artırıb. Bizim qarşımıza qoyduğumuz əsas məqsəd üçüncü ölkələrə ixracı artırmaqdır. Bununla yanaşı, yeni bazarların üzə çıxarılması üçün səylər göstəririk", - deyə M. Zaxariyeva bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR