Oğuzda baş vermiş yanğın söndürülüb

Oğuzda baş vermiş yanğın söndürülüb
# 26 avqust 2016 11:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 7 saylı dolayında baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisənin ciddiliyi nəzərə alınaraq, ETSN-nin müvafiq qurumları fövqəladə iş rejiminə keçərək yanğın baş verən gündən hadisə yerindədir. ETSN və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində, çətin şəraitdə əl əməyindən və texnikadan istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb. Hazırda yanğın baş vermiş ərazidə közərtilərin tam olaraq söndürülməsi üçün profilaktik tədbirlər həyata keçirilir.

Yanğının baş vermə səbəbləri və dəymiş ziyan hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR