Sankt-Peterburq Teatrı Bakıda qastrol tamaşası ilə çıxış edəcək

Sankt-Peterburq Teatrı Bakıda qastrol tamaşası ilə çıxış edəcək
# 30 oktyabr 2015 15:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Georgi Tovstonoqov adına Sankt-Peterburq Teatrı Azərbaycan Dövlət Rus Dram Teatrında qastrol tamaşası ilə çıxış edəcək.

APA-nın məlumatına görə, teatr kollektivi dekabrın 20-21-də F. Dostoyevskinin “Dayının yuxusu” povesti əsasında səhnələşdirilən səhnə əsərini təqdim edəcək.

Tamaşanın rejissoru Rusiyanın xalq artisti Temur Çxeidzedir.

Teatrın Bakıya qastrol səfəri Rusiyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrların qastrol səfərləri proqramı əsasında həyata keçiriləcək. Tamaşa Sankt-Peterburq Teatrının qızıl fonduna daxildir.

Səhnə əsərində SSRİ xalq artistləri Alisa Freyndlix, Oleq Basilaşvili, Rusiyanın xalq artistləri Yelena Popova və başqaları çıxış edəcək.

Teatrın Bakıya qastrol səfəri son 75 ildə birinci dəfə reallaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR