Şəkidə yanğın olub

Şəkidə yanğın olub
# 12 oktyabr 2015 20:49 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə yanğın hadisəsi qeydə alınıb.

Fövqaladə Hallar nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın oktyabrın 12-i axşam saatlarında rayonun Baş Layısqı kəndində, kənd sakini Nuru Əhməd oğlu Sərkərovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 100 kv/m olan mal tövləsində qeydə alınıb. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 5 ton quru ot kütləsi yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR