SOCAR Novorossiysk limanından xam neftin ixracını ikiqat artırıb

SOCAR Novorossiysk limanından xam neftin ixracını ikiqat artırıb
# 01 oktyabr 2015 13:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin sentyabr ayında Novorossiysk limanından 169,775 min ton xam neft ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 2 dəfə çoxdur.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 mln. 100,446 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 44,3% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR