Elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilir

Elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilir
# 10 iyun 2016 12:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21.1-ci maddəsinə əlavə edilməsi təklif olunur.

Azərbaycan prezidentinin təklif etdiyi layihəyə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da təhsili davam etdirmək üçün hərbi çağırışa möhlət verilir.

Maddənin hazırda qüvvədə olan variantına görə isə, yalnız mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün möhlət hüququ verilir.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR