Bakıda quldurluq edən şəxslər tutulub

Bakıda quldurluq edən şəxslər tutulub
# 31 oktyabr 2015 10:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi rayon 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Zenfira Baxşəliyevanın 20 000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Aslanov tutulub.

Nəsimi rayon 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Marina Şirokovaya məxsus içərisində 530 manat və 100 ABŞ dolları, habelə sənədlər olan pul kisəsini quldurluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Alməmmədov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR