Türkiyədə mikroavtobus aşıb, 14 nəfər xəsarət alıb

Türkiyədə mikroavtobus aşıb, 14 nəfər xəsarət alıb
# 30 may 2016 04:35 (UTC +04:00)

Bakı-APA. Türkiyənin cənub-şərqindəki Batman vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident vilayətin Kozluk rayonunda qeydə alınıb.


32 yaşlı Kənan Aslanın idarə etdiyi mikroavtobus aşıb. Qəza nəticəsində 14 nəfər xəsarət alıb.


Yaralılar “təcili yardım”larla xəstəxanalara çatdırılıblar. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR