Elmar Məmmədyarov çilili senatoru qəbul edib

Elmar Məmmədyarov çilili senatoru qəbul edib
# 28 sentyabr 2016 14:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Çili Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və xarici işlər nazirlikləri səviyyəsində ikitərəfli siyasi dialoq mexanizminin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Parlamentlərarası əlaqələrin rolunu və dostluq qruplarının fəaliyyətini təqdir edən E. Məmmədyarov Çili Milli Konqresinin Senatında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edən, habelə Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsini tövsiyə edən sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib.

Görüşdə həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları, o cümlədən ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edə biləcək perspektivli sahələr müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR