Yarat Müasir İncəsənət Mərkəzində “Hədiyyə” filmi təqdim olunacaq

Yarat Müasir İncəsənət Mərkəzində “Hədiyyə” filmi təqdim olunacaq
# 26 avqust 2016 15:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 30-da Yarat Müasir İncəsənət Mərkəzində Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçiriləcək. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyətlə sual-cavab bölümü ilə davam edəcək.

“Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, bədii rəhbəri Eldar Quliyev, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı və digərləri canlandırırlar.

Giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR