Kaladze: "Azərbaycandan Gürcüstana qaz nəqlini artırmaq üçün müxtəlif imkanlar nəzərdən keçirilir"

Kaladze: "Azərbaycandan Gürcüstana qaz nəqlini artırmaq üçün müxtəlif imkanlar nəzərdən keçirilir"
# 29 fevral 2016 11:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstan Azərbaycandan nəql olunan qazın həcmini artırmaq niyyətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze bildirib.

"Gürcüstana nəql olunacaq qazın həcmini artırmaq üçün biz SOCAR və "Şahdəniz" konsorsiumu ilə danışıqlar aparırıq. Müxtəlif imkanlar nəzərdən keçirilir. Gürcüstan əlavə olaraq 400-500 mln. kubmetr qaz nəql etmək niyyətindədir. Yaxın müddət ərzində hər şeyə aydınlıq gələcək. Hələlik heç bir detalı açıqlamaq istəmirəm", - deyə K. Kaladze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR