Karnegi Fondunun tədqiqatçısı: “BTC Qafqaz regionunun inkişaf xəttini müəyyənləşdirib”

Karnegi Fondunun tədqiqatçısı: “BTC Qafqaz regionunun inkişaf xəttini müəyyənləşdirib”
# 28 iyun 2016 12:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. "Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsinin reallaşması regionun iqtisadiyyatının inkişafına təsir edən ən başlıca amillərdən biri olub".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün Tiflisdə "Qafqazda geosiyasi dəyişikliklər" mövzusunda beynəlxalq konfransda Karnegi Fondunun aparıcı tədqiqatçısı, Rusiya və Avrasiya Proqramının direktoru Yevgeni Rumer deyib.

O, regionun inkişafında Bakı-Tiflis-Ceyhan kəmərinin reallaşmasının əhəmiyyətli təsirlərə malik olduğunu qeyd edib: “Bu layihə Heydər Əliyevin siyasi iradəsi nəticəsində reallaşıb. Layihə regionun dünya iqtisadiyyatına inteqrasiyasına töhfə verib. Bu kəmər Qafqazın inkişaf xəttini müəyyənləşdirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR