Bakının Qaradağ rayonunda yanğın baş verib

Bakının Qaradağ rayonunda yanğın baş verib
# 05 yanvar 2016 02:45 (UTC +04:00)

Bakı-APA. Bakının Qaradağ rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.

Bitişik yataqxana binası yanğından mühafizə olunub. Yanğın saat 00:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR