"Expressbank" "Kartla al" aksiyasının sentyabr üzrə qaliblərini mükafatlandırıb

"Expressbank" "Kartla al" aksiyasının sentyabr üzrə qaliblərini mükafatlandırıb
# 12 oktyabr 2015 08:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Xəbər verildiyi kimi, “Expressbank” bank kartlar üzrə “MasterCard” ilə birgə “Kartla al” adlı aksiya keçirir.

APA-Economics”in verdiyi xəbərə görə, aksiyanın sentyabr ayı üzrə qalibləri müəyyən olunub.

“Expressbank”ın Yasamal və Sumqayıt filialının müştərisi, müvafiq olaraq iPad Mini planşeti və iWatch saatı, 130 nəfər isə Charger (enerji doldurma cihazı) qazanıb.

Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet (iPad), ən çox sayda nağdsız ödəniş edənlər smart saat (iWatch), ümumi ödənişlərin cəmi 100 manatdan az olmamaqla minimum 3 ödəniş edənlər isə Charger (enerji doldurma cihazı) qazana biləcəklər.

Qeyd edək ki, müştərilər “Maestro” kartını 6 manat, “MasterCard Standard” kartını isə 8 manata əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 manat ilkin mədaxil etməklə “MasterCard Gold”, 800 manat ilkin mədaxillə isə “MasterCard Platinum” kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-i isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR