Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub
# 10 may 2016 14:50 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində iki yol qəzal baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində saat 15.00 radələrində “VAZ 21099” markalı avtomobil yolun kənarında dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobil yararsız hala düşüb.

“VAZ” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.

G.Şıxbala oğlu küçəsində isə “VAZ 2106” markalı, JF 065 tranzit nömrəli avtomobil yolu keçən Şirvan sakini, 1985-ci il təvəllüdlü Abrullayev Xəqani Vaqif oğlunu vurub. Piyada bud sümüyünün sınığı diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR